Gündəm
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bilik yarışı keçirilib-FOTO

Kollecin direktoru İrşad Abbasov çıxış edərək müntəzəm olaraq keçirilən belə yarışların tələbələrin bilik dairəsinin genişləndirilməsi, dünyagörüşünün zənginləşdirilməsi və intellektual səviyyəsinin yüksəldilməsində mühüm rolunu qeyd edərək onlara uğurlar arzulayıb.
Fənn müəllimi F.Sadıqovanın təşkil etdiyi yarışda TMT-2, B-10, MU-31, Mİ-21 qrup tələbələri biologiya fənni üzrə biliklərini nümayiş etdiriblər.
Yarışda münsif simasında tədris işləri üzrə direktor müavini Ş.Əliyev, əyani şöbə müdiri K.Həmidova, tərbiyə işləri üzrə direktor müavini S.Qurbanova, müəllimlərdən M.Səmidli və P.Əhmədova iştirak ediblər.
Yarışın sonunda bilik səviyyəsi və cəldliyi ilə fərqlənən tələbələrdən Qarayeva Fatimə, Qəyyumov Mirsadiq, Abdullayeva Leyla rəhbərlik tərəfindən mükafatlandırılıblar.









