Gündəm

Ucarın 20 Yanvar küçəsində antisanitariya baş alıb gedir.

Ucar rayonun  20 Yanvar  küçəsi antisanitariyada itib-batmaqdadır.Bəli  düz  oxudunuz. “20 Yanvar”  xalqın  yaddaşına  adını  əbədi  yazsa da bu   rayonun sakinlərinə bu  küçə heç də  xoş təsürat  yaratmır. Antisanitariya, natəmizlik bu küçədə o dəqiqə gözə çarpır. Natəmizlikdən əmələ gələn pis qoxudan küçənin yaxınlığından keçmək belə mümkün deyil, üfunətdən baş çatlayır. Ərazidə zibil yığnaqları vaxtında təmizlənmir bu isə infeksiyanın daha da artmasına yol açır, koronavurusun yayılmasına şərait yaradır.Küçənin  bu  vəziyyətindən  sevinən yalnız  küçə  itləri və siçovullardır.Bu küçədə  yaşayan  sakinlər  evlərinə  qonaq  dəvət  etməyə  utanırlar.Amma, rayonun səlahiyyətli  nümayəndələrinə küçənin  bu  cür  vəziyyəti  xoş  gəlir. Çünki,  adama deyərlər   belə  yerdən  niyə  hərəkət  edirsən ki, özünü də  zibilə  salasan.Ona görə  də, rayonun  təmizliyinə  baxan  şəxslər  yollarını  burdan  salmırlar.Buna  görə də özlərini  zibilə  salmırlar.Amma ümid  edirəm ki,  bu  yazımdan  sonra  Ucar rayon İcra  Hakimiyyətinin  başçısı  Mənsur  Məmmədov başda  olmaq,  rayonun  vəzifəli  şəxsləri  yollarını  bu  küçədən  salacaqlar.O, zaman  küçə  dilə  gəlib  deyəcək ki, özünüzdən  utanmısınızsa bu  küçəyə qoyulan  addan utanın  buranı  təmizləyin. Hörmətlə:Yusif Rəsul.
]