Gündəm / Cəmiyyət

Ucar rayonu Heydər Əliyev parkı (video)

Ucarda Heydər  Əliyevin  adını  daşıyan parkda  işıqlar  yanmır.
 Ucar rayonuna gedərkən  yolüstü qarşılaşdığım  mənzərə  bu yazını yazmağıma  səbəb  oldu. Ucar şəhərinin mərkəzində üç hektara  yaxın sahəsi olan “Heydər Əliyev” parkı  qaranlığa  qərq  olub.Parkın ətrafındakı  işıq dirəklərində olan lampalarla yanaşı  yerdən  qoyulmuş  lampalarda  yanmır. Sözügedən  parkda  ümummilli lider Heydər Əliyevin  abidəsi  ucaldılıb və bununla  yanaşı həmin parkda  Heydər Əliyev Mərkəzi fəaliyyət  göstərir.Belə bir mənzərə ilə qarşılaşmaq nə ziyarətçilərin, nə də  böyük  dahinin  adına  xoşdur.  Qaranlıq  bürünmüş  parkda  insan  dincəlmək  əvəzinə az  qalır  ki, özünü  itirsin.  Gecə  saatlarında  bu   parkı  gəzmək  fikirində  olsan  gərək  ilk  növbədə  özün  üçün fanar  götürəsən ki, gəzərkən ayaqlarının  altın  görə  biləsən, ya  da  qaranlıqda yıxılıb  zədə  almayasan.Bəlkə də  Ucar  rayon  İcra  Hakimiyyəti  və   Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsı  parkı  qaranlığ  qərq  etməkdə  məqsədləri  elektirik  enerjisinə  qənaət  etməkləridir.Çünki, belə  olmasaydı  dahi şəxsiyyətin adını  daşıyan  park baxımsız  vəziyyətdə qalmazdı.İnanıram  ki,  görüb  çəkdiklərimdən bir  nəticə  çıxararaq, Ucar  rayon  İcra  Hakimiyyətinin  başçısı  Mənsur  Məmmədov  ciddi tapşırıq  verərək, problemin müsbət  həlli istiqamətində işlər görəcək. Unutmayaq ki, hər bir  məmurun  vəzifəsi  xalqa xidmət  etməkdir.