Gündəm

Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib


Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar–Ümumxalq hüzn günü ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində anım tədbiri keçirilib. Şəxsi heyət və tarixçilərin  iştirakı ilə keçirilən tədbirdə ilk öncə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən RPŞ-nin rəisi Müqalib Abdıyev 32 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə  milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsindən danışıb. 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixindəki rolundan söz açan polis polkovniki həmin günün həm də şərəf və ucalıq rəmzi olduğunu bildirib, şəhidlərin xatirəsinin daim qəlblərimizdə yaşayacağını vurğulayıb