Gündəm

DİN valideynlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.
DİN-dən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:
"Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:
- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;
- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.
Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!"