Gündəm / Hadisə

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın”


 Bir neçə gün əvvəl ağır yataq xəstəsi olan meyxanaçı Ağakərimin qapısına gedən şair Nazilə Səfərli sənətkarın oğlu Kamil Novruzov tərəfindən evə buraxılmayıb. Üstəlik, meyxanaçının oğlu açıqlamasında N. Səfərlinin bu addımına “Məqsədi reytinq tutmaqdır” deyib.
Bütün bunlar Səfərlini özündən çıxarıb. O, Novruzovun sözlərinə cavab olaraq instaqramda bunları yazıb:
“Səy gədə deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa “duxu” çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.