Gündəm / Siyasət

Bayramov Entoni Blinkenə nə göstərir?


 Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Nazir dünən gerçəkləşən görüşlə bağlı diqqət çəkən fotosunu paylaşır. Şəkildən də görünür ki, C.Bayramov E.Blinkenə işğaldan azad edilən əraziləri haqda dolğun təsəvvür yaranması üçün əyani vasitələr verib və onları izah edir.
Qeyd edək ki, görüş ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində baş tutub. Görüşdə C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.