Gündəm / Mədəniyyət

Azərbaycanda ən populyar mahnılar açıqlandı


 “Apple Music”in Musiqi xidməti 2021-ci ildə Azərbaycanda dinlənilən ən populyar 100 mahnını açıqlayıb.
Xəbərlər portalı “Apple Music”in Mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci pillədə avstraliyalı reper Masked Wolf-un ifa etdiyi “Astronaut In The Ocean” treki qərarlaşıb.
İlk onluqda, həmçinin bu mahnılar yer alıb: “Ptiçka” (HammAli & Navai), “Deep End” (Foushee), “Allah’ından Bul” (Ezhel), “Blinding lights” (The Weeknd), “Martılar” (Edis), “Ne boley” (Basta & Zivert), “Pustota” (Jony), “Cristal & МОЁТ” (Morgenshtern) və “Beggin” (Maneskin).
“Apple Music”in yekun reytinqində Azərbaycan şou-biznesini təmsil edən cəmi iki ifaçının mahnısı yer alıb – “Karma”, “Sayıram” və “Kəpənəklər” hitləri ilə Hiss və “Yenidən” treki ilə reper Paster.