Gündəm / Dünya

Türkiyə hökuməti toplanır: erməni təxribatı gündəmdə


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sabah hökumətin iclası baş tutacaq.
İclasda Suriya, Liviya və Şərqi Aralıqdakı durum, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.
Bundan əlavə, iclasın gündəliyinə terrorizmə qarşı mübarizə məsələləri də daxildir.