Gündəm / Hadisə

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı - Rəsmi açıqlama


 Daxili İşlər Nazirliyi Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlarla bağlı açıqlama yayıb.
açıqlamada göbələkdən zəhərlənmiş Qax rayonunun Tasmalı kəndində yaşayan 12 yaşlı Murad və 9 yaşlı İbrahimxəlil Qasımzadənin yerləşdirildikləri xəstəxanada öldüyü bildirilir:
“Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Murad və İ.Qasımzadə orada ölmüş, M.Qasımovun vəziyyəti orta-ağırdır”.
Faktla bağlı araşdırma aparılır.