Gündəm / Cəmiyyət / Dünya

Hankook Tire Cənubi Koreyada zavodunun işini dayandırır


Satış üzrə dünyanın altıncı ən böyük avtomobil təkərlərinin istehsalçısı "Hankook Tire & Technology Co" Cənubi Koreyadakı zavodunun fəaliyyətini dayandırmağa qərar verib.
Qərarın qəbul edilməsinə səbəb ətraf yaşayış məntəqələrində yeni növ koronavirusun yayılmasıdır.
Şirkət Çunqçeonq əyalətində yerləşən Geumsan bölgəsindəki zavodun işini iki gün müddətinə dayandıracaq.
Bildirilir ki, son üç gündə zavodun 12 işçisi koronavirusa yoluxub. Məlumata əsasən, müəssisənin fəaliyyətinin iyulun 26-da yenidən bərpa edilməsinə qədər 3000 işçi koronavirus testi verəcək.