Gündəm / Siyasət / Dünya

Malinin müvəqqəti prezidentinə hücum edənlər saxlanılıb


Malinin müvəqqəti prezidenti Assimi Qoita Bamakoda məsciddə bu gün ona edilən hücum zamanı xəsarət almayıb.
TASS-a istinadən verdiyi məlumata görə, hücum edənlər saxlanılıb.
"İyulun 20-də Bamakoda məsciddə Qurban bayramı namazı qılınarkən Malinin keçid dövrü prezidenti Assimi Qoitaya hücum edilib. Cinayətkarlar saxlanılıb. Prezident xəsarət almayıb", - məlumatda deyilir.