Gündəm / Hadisə

Göygöldə Daxili Qoşunların hərbçiləri olan maşın qəzaya uğrayıb, 15 hərbçi yaralanıb


Göygöl rayonunda baş verən yol qəzasının səbəbi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov  açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:
"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".