Gündəm / Hadisə

Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq


Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğusumuza cavab olaraq bildirilib ki,
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.