Gündəm / Siyasət

Prezidentdən siyasət, diplomatiya və sözə sadiqlik dərsi - 10 il sonra - VİDEO


"10 il bundan sonraya nəzər salıb düşündüyüm, planlaşdırdığım arzuların necə reallaşdığını görmək ən böyük istəyimdir".
Bu sözləri prezident İlham Əliyev 10 il bundan əvvəl, 2011-ci ildə Rusiyanın ən məşhur proqramlarından biri olan "Formula vlasti"  verilişində səsləndirəndə çoxları bəlkə də, bu dahiyanə fikrin arxasında nələrin olduğuna diqqət yetirmədilər. Üstündən 10 il sonra bəlli olur ki, bugünkü nailiyyətlərin planı 2011, ondan da əvvəllər cızılıb. Prezident İlham Əliyevin uzaqgörənliklə 10 il bundan əvvəl nələri düşündüyü, ürəyindən keçənlər indi hamımıza bəlli olur - işğal altında olan Azərbaycan torpaqlarını azad etmək. Və 10 il bundan əvvəl heç kimin xəyalına belə gətirmədikləri bu gün reallaşıb. Hətta ən skeptik insanların ağlından keçmədiyini bu gün İlham Əliyev həyata keçirib.
Tədricən, yavaş-yavaş qarşıya qoyulan hədəflərə çatıldı. Bu on il ərzində hakimiyyəti lazımı addımlar atmamaqda ittiham edənlər də tapıldı. Popullist bəyanatlar səsləndirib hakimiyyəti Ermənistanın qarşısında aciz qalmaqda günahlandıranlar da oldu. Hakimiyyət isə bütün bu ittihamlara səbir və dözümlülük nümayiş etdirməklə cavab verirdi. 10 ildə tədricən, zaman-zaman, ağılla qarşıya qoyulan məqsədlərə doğru irəliləyirdi. Diplomatik uğurlarla yanaşı, iqtisadi və siyasi sahədə nailiyyətlər əldə olundu. İşğalçı Ermənistanın təklənməsi sahəsində ciddi nailiyyətlərə imza atıldı. Bəllidir ki, hər bir müharibənin uğuru iqtisadiyyatın üzərində qurulub. Hərbi potensialı gücləndirmədən qısa və ciddi uğur əldə etmək mümkünsüzdür. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində zəruri beynəlxalq dəstək əldə olundu. Artıq 90-cı illərdəki xaos və təklənmədən söhbət gedə bilməzdi. Və həmin gün 2020-ci il sentyabrın 27-də yetişdi. Bütün dünyanı heyrətə salan 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarını azad etdi, Şuşa kimi alınmaz bir şəhəri geri qaytarmağa müvəffəq oldu. Dünyanın heç bir dövlət rəhbərinin reallaşdıra bilmədiyini müzəffər Ali Baş Komandan reallaşdırdı.
İşğalçı Ermənistanın "məğlubedilməzliyi" mifini cəmi iki ayda alt-üst etdi. Və bu kvazidövləti elə rəzil duruma saldı ki, uzun müddət özünə gəlməsi mümkünsüz görünür.
Yeri gəlmişkən, hərbi sahədəki nailiyətlərlə yanaşı, iqtisadi, siyasi, mədəni sahədə də uğurlar göz önündədir. Bu gun regionda Azərbaycanın iştirakı olmadan hər hansı bir layihənin reallşdırılması sadəcə mümkün deyil.  Beynəlxalq tədbirlərdə Azərbaycanın səsinə səs verirlər, səsləndirdiyi təklif və təşəbbüslər həyata keçir. Bu gün artıq xalq-hakimiyyət birliyi sözdə deyil, ürəklərdədir.
Heç bir qüvvə bu birliyi pozmaq iqtidarında deyil, ola da bilməz.