Gündəm / Siyasət

Azərbaycanda “TURKOVAC”ın 3-cü faza sınaqları könüllü keçiriləcək - RƏSMİ


“Azərbaycanda “TURKOVAC”ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.
Bunu  səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq:
“Sınaqlar könüllü şəkildə keçiriləcək”, - deyə V. Qasımov bildirib.
Qeyd edək ki, Türkiyə istehsalı “TURKOVAC”ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq.