Gündəm / İdman

Güləşçimiz Şərif Şərifov İstanbulda beynəlxalq turnirin qalibi olub


Azərbaycan pəhləvanı Şərif Şərifov İstanbulda sərbəst güləş üzrə Yaşar Doğu turnirinin qalibi olub.
Ənənəvi yarışdakı yeganə təmsilçimiz Ş.Şərifov (97 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.
Beləliklə, Ş.Şərifov adını finala yazdırıb. Millimizin üzvü iyunun 26-da həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.