Gündəm / Siyasət / Dünya

BMT Baş Assambleyasının sədri sentyabrdakı sessiyanı dövlət başçıları səviyyəsində keçirməyi təklif edir


BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır sentyabrda keçiriləcək yüksək səviyyəli sessiyada dövlət başçılarının da iştirakını təklif edib.
Bu barədə V.Bozkırın təşkilata üzv ölkələrə göndərdiyi təkliflərində deyilir.
Bildirilir ki, V.Bozkır koronavirusun yayılmasının qarşısını almaq üçün Baş Assambleya zalında nümayəndə heyəti rəhbərinin və onu müşayiət edən üç şəxsin olmasını təklif edir. BMT-nin Mənzil Qərargahında nümayəndə heyətinin rəhbəri və onu 5-dən çox olmamaqla müşayiət edən şəxslər qala biləcək.
BMT Baş Assambleyasının sədri həmçinin iştirakçılar üçün koronavirusa qarşı vaksinasiyanın könüllü olmasını da təklif edib. BMT Mənzil Qərargahının və digər nümayəndələrin vaksinasiya statusu barədə məlumatlandırma da könüllü olmalıdır. Bütün əlavə tədbirlərin ləğvi təklif edilir.