Gündəm / Dünya

Əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.


Sağlam gələcik üçün....... COVİD 19 birlikdə yox deyək.
Artıq iki ildir bütün dünyanı cənginə alan COVİD 19 korono virusuna qarşı vaksinləşmə başlamışdır. Demək olar ki; əksər ölkələrdə bu vaksinləşmə artıq başa çatmaqdadır və ya başa çatmışdır.
 Ümumi  olaraq istər iqtisadi istərsə digər sahələrə öz mənfi təsirini gösərən bu korono virus insan orqanizmasında da öz vəsadları ilə yanaşı insan həyatının sonlanması  ilə nəticələnmişdir.
Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. Bu isə qlobalşəkildə iqtisadi aktivliyi zəiflədərək ümumi iqtisadi artım göstəricilərinin pisləşməsinə və geosiyasi vəziyyətin gərginləşməsinə yol açmış olur. Virusla əlaqədar olaraq uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğun yaranmasına və dəyər zəncirinin davamlılığının pozulmasına gətirib çıxarır. İqtisadi durğunluq virusun yayılmağa başladığı Çin də daxil olmaqla, ABŞ, Avrozona kimi iqtisadi mərkəzlərin tənəzzülə doğru hərəkət etməsinə səbəb olur. Qlobal iqtisadi aktivliyin zəifləməsi eyni zamanda müxtəlif xammalara olan tələbatı azaltmaqla həmin xammalların ixracından asılı olan ölkələrin iqtisadiyyatlarına mənfi təsir etmiş olur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.
Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.
Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir. Sirr deyil ki, həm mənəvi, həm də maddi olaraq xalqımızın həyatında toy məfhumu önəmli yer almaqdadır və artıq 1 ildən çoxdur ki, davam edən pandemiya səbəbindən xalq özəl günlərini bayram edə bilmir.
Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq.