Gündəm / Dünya

Səsvermədə Paşinyanın partiyası liderlik edir - Ermənistan MSK


 Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Bu barədə Xəbər portalı TASS-a istinadən xəbər verir.
MSK-nın məlumatına görə, hazırda Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 58,04% səslə liderlik edir. İkinci yerdə 22,01% səslə Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb.
Üçüncü yerdə eks-prezident Serj Sarqsyanın “Şərəf duyuram” bloku (5,66%), dördüncü yerdə isə biznesmen Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır.