Gündəm / Hadisə

Göyçay ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan heç bir jurnalist yazmasın

Azərbaycan jurnalistikası gələn ay özünün 146 illiyini qeyd edəcək. Məhz 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə 22 iyulda dərc olunan “Əkinçi” qəzeti Azərbaycan mətbuatının ilk bünövrəsi hesab olunur.


Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bunlar qanunvericilikdə nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
Təssüf ki, Göyçay rayonunun mətbuat xidməti rəhbəri Anar Nağıyev jurnalistlərə rayonun adını dilə gətirməyə qadağa qoyub. Bu günlərdə yenə A. Nağıyev xəbər portalımızda gedən şikayət məktubunun dərhal saytdan yığışdırılmasını tələb edib. Son üç il ərzində dəfələrlə bu hal təkrarlanıb. redaksiyamızı məhkəmi ilə və ya başqa üsullarla şantaj edən icra hakimiyyətinin sözçüsü bu dəfədə eyni metoddan istifadə edib. Aznar şirkətinin bir qrup işçisi əmək haqqlarının verilməməsi ilə bağlı redaksiyamıza məktub ünvanlayıblar. Aznar zavodunun direktoru Teymur Əhmədovun onları işlədərək haqları olan əmək haqqının ödəməməsinə görə dəfələrlə zavodun ofisində olduqlarını lakin heç bir nəticə vermədikdə 4 cü hakimiyyət olan mətbuata şikayətlərini bildirdiriblər. 
Bu mövzu saytımızda yayımlanan andan Anar Nağıyev redaksiyamızla əlaqə saxladı. İlk olaraq yazının kim tərəfindən redaksiyaya göndərildiyini soruşdu. Biz bildirmək istəyirik ki, hörmətli Anar bəy redaksiyaya daxil olan məktub anonim yazılıb. Qarşı tərəf kimi zavod rəhbərliyi öz münasibətini bildirə bilər. Anar Nağıyev Aznar zavodun mətbuat xidməti kimi Məhkəmədə məktub yazanların haqqında rəsmi məlumat verə bilərik.  Siz isə bizi müqəsir bilib, redaksiyamızı suçlamyın. Biz müstəqil medi xəbər portalı olaraq dövlət və dövlətçiliyə xidmət edirik. Sizin mətbuat sahəsində təcrübəniz ola bilər bu o demıək deyil ki, təzə yaranan xəbər portalını şikayətçi məktubunu dərc etdirdiyimizə görə günahkar sayasınız. A. Nağıyev məktubu araşdırdıqdan sonra yayımlamağı, jurnalist araşdırması olmadan hansısa bir tərəfli mövqe sərgiləməyin qaydalara zidd olduğunu bildirdi. Biz A. Nağıyevə jurnalist haqqında Azərbaycan qanunlarını xatırladaraq, Qanunlar barədə öyrənməsini tövsiyyə edirik. Bildiririk ki, dəfələrlə Aznar zavoduna ezxam olunsaqda zavodun mühafizəsi tərəfindən sözün əsil mənasında qovulmuşuq. Araşdırmanı harda necə aparaq? Qarşı tərəf öz qolu güclüləri ilə qorunur. 
Azərbaycan KİV-də dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.

Yalnız və yalnız hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq materiallar hərbi senzuradan keçirilə bilər. Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddətdə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

Qanunun 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Məlumatın əldə edilməsi barədə sorğudakı məlumat öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Lakin jurnalistlərin də azadlığı sərhədsiz deyil. Belə ki, qanunun 10-cu maddəsinə görə, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
 Siz Göyçay rayonun mətbuat xidmətiziniz yaxşı olar ki, qarşıya düşüb məsələlərə aydınlıq gətirəsiniz bizə hədə qorxu gəlməyəsiniz. İcra hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilatlardan yazı qadağasın aradan qaldırıb, demokratik, şəfaf olaraq öz vəzifənizi yerinə yetirəsiniz.