Gündəm / İdman

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə Fərid Qayıbovun namizədliyi irəli sürülüb



Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlandı.

Qurumun saytına istinadən verdiyi məlumata görə, seçkilər noyabrın 6-da Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 83-cü Konqresində keçiriləcək.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə FIG-nin hazırkı prezidenti Morinari Vatanabe və Avropa Gimnastikasının (EG) prezidenti, həmyerlimiz Fərid Qayıbov namizəddirlər.