Gündəm / Siyasət

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün birgə səylər lazımdır - Avropa Parlamentinin deputatı


Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün birgə səylər lazımdır.
Bu barədə Avropa Parlamentinin xorvatiyalı deputatı Jelyana Zovko öz "Twitter" səhifəsində yazıb.
O, Azərbaycanda minaya düşərək həlak olan jurnalistlərin ölümü ilə də bağlı başsağlığı verib:
"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Gələcəkdə bu cür insidentlərin olmaması və regionda bütün vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə ərazilərin minalardan təmizlənməsi üçün birgə səylər lazımdır"
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.