Gündəm / Hadisə

Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi


Kür çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, ada adlanan ərazidə yulğun kollarının məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin Bərdə rayon sakini Sahil Qədirliyə icarəyə verildiyi və ərazidə şum işlərinin aparılması nəticəsində yulğun kollarının kökündən çıxarılaraq məhv edildiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Ağcabədi rayon Prokurorluğuna göndərilib.
Xidmət rəsmisi onu da qeyd edib ki, yulğun kolları Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil deyil.