Gündəm / Hadisə

Siyəzəndə gənc qız kanalda batıb


Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A. Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.