Gündəm / İqtisadiyyat

Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti aprelin 13-dən etibarən Azərbaycanın daha yeddi müəssisəsinə Rusiyaya pomidor ixrac etməyə icazə verib.
Bu barədə Federal Xidmətə istinadən məlumat verir.
Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.
Xatırladaq ki, Rusiya aprelin 9-da da 7 Azərbaycan müəssisəsindən pomidor ixracına icazə vermişdi.