Gündəm / Mədəniyyət / Dünya

Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı


Niderland rəssamı Vinsent van Qoqun "Gənc yapon qız" əsərinin eskizi rekord qiymətə satılıb.
1888-ci ildə çəkilmiş eskiz Nyu-Yorkda 10,4 milyon dollara satın alınıb.
Şəkli alan şəxsin adı açıqlanmayıb.
Niderlandlı rəssamın əsərinin orijinalı Vaşinqtonda Milli İncəsənət Qalereyasında saxlanılır.