Gündəm / İdman

FİFA-nın prezidenti koronavirusa yoluxub


Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə FİFA-nın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 50 yaşlı C.İnfantinoda xəstəliyin yüngül simptomları var. FİFA-nın prezidenti özünü təcrid edib və ən azı 10 gün karantində qalacaq.