Gündəm / İdman

7 yaşlı Hüseyn cüdo idman növü üzrə yarışda 1-ci olub


 7 yaşlı Hüseyn cüdo idman növü üzrə yarışda 1-ci olub.


Quba rayonunda Şahdağ idman kulubunun təşkilatçılığı ilə Cüdo idman növü üzrə regional yarış keçirilib. 

Bir neçə rayondan onlarla idmançı yarışa qatılaraq öz gücünü sınayıb. 7 yaşlılar arasında keçirilən yarışda Sumqayıt şəhərindən Hüseyn Əliyev bütün rəqiblərini qısa vaxt ərzində üstələyərək qalib olub. 7 yaşlı Hüseyn regional yarışda çempion olaraq diplomla təltif edilib. Ən maraqlısı ondadır ki, 16 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev rəqiblərini bir dəqiqə ərzində məğlub edib.

Yarış Quba rayon Gənclər və İdman idarəsinin dəstəyi , Şahdağ idman kulubunu təşkilatçılığı ilə keçirilib.