Hadisə

Gəncədə 50 yaşlı kişini maşın vurdu

Gəncə avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

Belə ki, Göygöl - Gəncə yolu ilə hərəkət edən VAZ 21099 markalı avtomobil yolu keçmək istəyən 50 yaşlı kişini vurub.  

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində zərərçəkənin ayağı qırılıb. Onu təcili tibbi yardımla xəstəxanaya aparıblar.  

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media