Hadisə
Qazaxda yeniyetmə dəm qazından zəhərləndi

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, şəhərin N.Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü N.Babayeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Yeniyetmə Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağırdır.