Gündəm / Hadisə

İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər


 Hadisələrin inkişafına görə karantinin uzadılması barədə qərarına baxıla bilər.
Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, vəziyyət sərtləşərsə, karantin müddəti uzadıla və daha da sərtləşdirilə bilər:
"Məlumata görə, karantin qaydalarına riayət olunmur. Bugünkü statistika onu göstərir. Hətta bu gün saxta vəsiqələr, saxta icazə vərəqələri alınır. Əgər karantin qaydalarına riayət olunarsa və göstəricilər müstəqil dinamika üzrə inkişaf edərsə karantin müddəti uzadılmaya bilər. Bugünkü göstəricilər isə onu göstərir ki, qaydalar sərtləşdiriləcək. Sərtləşdirmə qərarı elə də asan deyil".