Gündəm / Siyasət

MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir


Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib.

Yeni sədr İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində təhsili alıb. 

2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.

2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Evlidir, bir övladı var.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının keçmiş sədri Nuşirəvan Məhərrəmov 2003-cü ildən bu vəzifəni icra edirdi.