Gündəm / İqtisadiyyat

Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu


Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən “Kapital Bank”ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştəriləri üçün xüsusi şərtlər tətbiq edilir.
Belə ki, aprelin 8-dən “Kapital Bank”ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya “Azərpoçt”un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər.
Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. “Kapital Bank”ın bütün bankomatlarında hər gün müvafiq dezinfeksiya işləri aparılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.