Gündəm / Cəmiyyət

Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib


AMEA Nəsimi adına Dilçilik İnstitutu “Qaynar xətt”in fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İnstitutdan verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Qaynar xətt” hazırda fəaliyyət göstərir:
"Son bir həftə ərzində “Qaynar xətt”ə onlarla zəng daxil olub və cavablandırılıb. Arzu edənlər “Qaynar xətt”ə (012 538 06 37) müraciət edə bilərlər".