Gündəm / Hadisə

16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib


Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.
Bunu Məhkəmə Hüquq Şurasının iclasında Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib.
O bildirib ki, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.