Gündəm / Cəmiyyət

Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ


Dini baxımdan şəhidlərin xüsusi yeri Allahın yanındadır. Fərqi yoxdur həmin şəxs harda dəfn olunub, çünki torpaq altında qalan şəhidin cismidir. Şəhidlərimizin adları daim bu millətin qəlbində yaşayacaq. Dastana dönən Qarabağ fatehlərinin uyuduğu hər qarış torpaq məkanından və yerindən asılı olmayaraq bizim üçün müqəddəsdir.
Qaradağda Bakının ən qədim qəbrstanlığından birində dəfn olunan Şəhidlərimizin bir qrup yaxınları təssüf ki, bu ali dəyərləri unudublar və təxribatçı qrupların əlində vasitəyə çevirliblər. Şəhid yaxınlarının emosional vəziyyətindən istifadə edənlər növbəti dəfə çirkin əməllərini reallaşdırmağa çalışırlar.
Təxribatın forması isə açıq-aşkardır: Şəhid ailələrinin emosionnalığından istifadə edərək problem yaratmaq, ölkədə ən ali dəyərlərdən hesab olunan Şəhid adını ləkələmək, Şəhid məzarlarını təhqir etmək.
Həmin ərazidə Şəhidlərimiz üçün yeni Şəhidlər Xiyabanı salınır, bu istiqamətdə işlər sürətlə aparılır. Hətta həmin Şəhidlər Xiyabanının yanvarın 20-nə qədər hazır olması planlaşdırılırdı, təəssüf ki, yaradılan süni əngəllər, yəni həmin təxribatçı qrupların fiziki olaraq prosesə mane olması işləri vaxtında sona çatdırmağa imkan vermədi.
Bununla belə, bir neçə gün səbr etmək kifayətdir ki, aşağıda görüntülərini paylaşdığımız Şəhidlər Xiyabanı tam hazır olsun və Şəhidlərimizin adına layiq planlaşdırılımış görünüşünü alsın
Unutmayaq ki, Şəhid adını, onun uyuduğu qəbiri təhqir etmək dinimizə və millətimizə zidd hərəkətlərdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!