Gündəm / İqtisadiyyat

Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq


Bu il Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq Yer təki sahələrini seçib: “İstismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Yekunda geniş məlumat ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”.