Gündəm / Tədbirlər

Rayon rəhbəri Vətən müharibəsi döyüşçülərinin bir qrupu ilə görüşdü

























Rayon rəhbəri növbəti dəfə vətən müharibəsi döyüşçülərinin bir qrupu ilə görüşdü
  Əvvəlcə görüş iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərimizin məzarı üstə tər qərənfillər düzərək, ruhlarına duallar oxuyublar.  Göyçay rayon icra hakimiyyəti aparatında keçirilən görüşdə  Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Göyçay  rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qazanılan tarixi qələbə münasibətilə İkinci Qarabağ müharibəsində, vətən müharibəsi iştirakçılarını təbrik etdi. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı.  Qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi.
       Rayon rəhbəri şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb. O, bildirib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər. RİH-in birinci müavini İkram Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndəsi Bahadur Camalov, rayon İcra Hakimiyyəti Göyçay şəhər üzrə nümayəndəsi Rəşad Şükürov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.
  Vətən müharibəsinin başladığı ilk gündən cəbhənin ən qaynar nöqtələrində döyüş tapşırıqlarını yerinə yetirən Füzuli, Suqovuşan, Cəbrayıl, Zəngəlan, Qubadlı, Hadrut  və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərən həmyerlilərimiz Şamilov Ceyhun Şaiq oğlu, Babışov Hüseyn Elsever oğlu, Rəşidov Rəşid Valeh oğlu, Cəfərov Afiq Yediyar oğlu, Əhədov Ülvi Lətif oğlu, Kərimov Nurəddin Səlvər oğlu, Cəfərov Eldəniz Elbrus oğlu, Şəmiyev Pünhan İlham oğlu, Cəbiyev Ceyhun Fizuli oğlu, Şəmiyev Pünhan İlham oğlu, Zülfüqarov Amil Kamal oğlu, Kərimov Əli İlqar oğlu, Məmmədov Hidayət Əliyusif oğlu   Azərbaycan dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyət barədə məlumat vermiş, döyüş xatirələrindən danışmış, həmçinin rayon İcra Hakimiyyətində qəbul olunduqları üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edən natiqlər göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım  Əliyevaya   özü və ailəsi adından öz minnətdarlıqlarını ifadə ediblər. Bildirildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
 Rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində igidliklə düşmənlə üz-üzə vuruşan, qanlı döyüşlərin iştirakçıları, xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək hədiyyə və təşəkkürnamə təqdim edib.
.Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib