Gündəm / Siyasət

Grantedə böyük müharibənin bir balaca olsa belə simvolu ola bildi


“Grante” ticarət brendi, “Aznar” QSC-nin təsisçisi Fərhad Əhmədov, Qarabağ döyüşləri gedən zaman ordumuza , şəhid ailələrinə və zərər çəkmiş insanlara yardım etməklə, bir daha sübut etdi ki, Ali Baş Komandan İlham Əliyev və onun uğurlu siyasətinin layiqli dəstəkçisidir.

Öz hədəf və vəzifələrinə yüksək məsuliyyətlə yanaşan “AZNAR” QSC, hərbi rejim dövründə də ənənələrinə sadiq qalmışdır.

Fərhad Əhmədov: “Son qəpiyimə kimi ordumun və dövlətimin yanındayam!”
Şirkət ordumuza müxtəlif ərzaq, xüsusi geyim və avadanlıqlar göndərməklə qələbəyə şanlı imzalarını atan igidlərimizə öz sadiqliyini nümayiş etdirmişdir.
“Grante” ticarət brendi, həmçinin Göyçayda yaşayan bütün şəhid ailələrinə maddi və ərzaq yardımları etmiş, bundan sonra da onlara dəstək olacaqlarını bildirmişdir.
Bundan əlavə, şirkətin icraçı direktoru Teymur Əhmədov, Gəncə şəhərinə qarşı törədilən terror aktı nəticəsində maddi və mənəvi zərər çəkmiş insanlarla şəxsən görüşmüş və öz dəstəyini əsirgəməmişdir.
“AZNAR” QSC-də çalışan əməkdaşlarımızdan 10 nəfər Qarabağ savaşında iştirak etmişdir. Təəssüf və yüksək fəxr hissilə bildirmək istərdik ki, onlardan 1 nəfəri Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid olan əməkdaşımızın ailəsinə və yaxınlarına baş-sağlığı verir, Allahdan səbir və rəhmət diləyirik!
Bütün bu yardımlar, əslində sonsuz Vətən sevgisi, vətəndaşlıq borcu, cənab Ali Baş Komandan İlham Əliyev və onun siyasətinə olan dərin hörmətdən qaynaqlanır.
Qeyd edək ki, 1969-cu ildən fəaliyyətini sürdürən ”AZNAR” QSC dünyanın ABŞ, Çin, Avstriya, Malayziya, İsrail və s. kimi 30-dan artıq ölkəsinə öz keyfiyyətli məhsullarını “Grante” markası altında ixrac etməklə Azərbaycanı tanıtmaqdır.Grantedə böyük müharibənin bir balaca olsa belə simvolu ola bildi.