Gündəm / Siyasət

Kəlbəcərin boşaldılması ilə bağlı Azərbaycan Prezidentinin humanistliyi dünyaya bir nümunə oldu - Ekspert


Kəlbəcərin boşaldılması üçün Ermənistana daha 10 gün vaxt verilməsi Prezident İlham Əliyevin bu məsələdə daha bir humanist addımı kimi qiymətləndirilməlidir.

Bunu  açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, dövlət başçısı bu dəfə də qarşı tərəfə vaxt verdi:

"Əslində, Kəlbəcərin yerləşdiyi relyefə nəzər yetirsək, qarşı tərəfin bu cür müraciət edəcəyi gözlənilən idi. Nəzərə alsaq ki, həmin bölgələrdə hazırda yağıntının miqdarının artması və qar yağması onların oradan köçməsinə çətinlik törədir. Onlara qrafik vaxt əvvəldən təyin edilmişdi. Bu, bütün dünya üçün bir dərs olmalıdır. Artıq bu, son həddir.

Ermənistanın hərb cinayətlərinə baxmayaraq, Azərbaycan Prezidenti yenə onlara qarşı humanistlik göstərdi. Prezident İlham Əliyevin bu humanistliyi bütün dünyaya bir nümunə oldu".