Gündəm / İqtisadiyyat

TAP konsorsiumu tikinti zamanı başqa yerə köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb


Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu tikinti işləri zamanı başqa yerə köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb.
Bu barədə konsorsiuma istinadən məlumat verir.
Məlumata əsasən, “Xylella” bakteriyası ilə yoluxma səbəbi ilə kəsilmiş ağaclar bakteriyalara daha dayanıqlı gənc ağaclarla əvəz edilib.
Qeyd edək ki, TAP layihəsinin dörd il yarım davam edən tikintisi demək olar ki, başa çatıb. TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubundakı qəbul terminalınadək təbii qazla doldurulub.