Gündəm / Siyasət

Prezident İlham Əliyev: Paşinyan Sorosun bir məhsuludur


Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır.

Prezident İlham Əliyev ktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib.

"İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.

2005-ci ildə onlar Azərbaycanda bunu etmək istədilər - narıncı inqilab. Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birinə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni, başa düşürsünüz nəyə görə".