Gündəm / Sosial

Aygün Əliyevanın yeni vəzifəsi məlum oldu


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.
Dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 

Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva TƏBİB-in Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə təyin edilib. Eyni zamanda İctimaiyyətlə əlaqələr şöbəsi də A. Əliyevanın rəhbərlik edəcəyi departament daxilində fəaliyyət göstərəcək.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva da həmin departamentdə çalışacaq.