Gündəm / Sosial

DİN Masallıda dilənçilərin sayının artmasına münasibət bildirdi


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Masallı rayonunda dilənçiliklə məşğul olanların sayının artması ilə bağlı yayılan məlumatla münasibət bildirib.
Nazirlikdən  verilən məlumatda bildirilir ki, yayılan məlumat uydurmadır: "Bildiririk ki, iddianın heç bir əsası yoxdur. Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə mütəmadi reydlər təşkil edilir və dilənçiliklə məşğul olanlara rast gəlinməyib".