Gündəm / Siyasət / Dünya

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub


Belarusda prezident seçkilərində saat 10:00 üçün seçicilərin fəallığı 45,33 faiz təşkil edib.
Bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyanın nümayəndəsi Lidiya Yermoşına bildirib.
Bildirilib ki, Brest vilayətində siyahılara daxil edilmiş seçicilərin ümumi sayından 40,49 faiz, Vitebs vilayətində 45,28 faiz, Qomel vilayətində 57,82 %, Qrodno vilayətində isə 42,47% seçici seçki məntəqələrinə gəlib.
Minsk vilayətində seçicilərin 43,79 faizi, Mogilyov vilayətində 53,87, Minsk vilayətində 36,08 faizi səs verib