Gündəm / Cəmiyyət / Dünya

Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 284 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 284 441 nəfər yeni koronavirusa yoluxub, 6 565 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 187 943, ölənlərin isə 716 075 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 290 444 yoluxma və 380 894 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 545 395, ölənlərin sayı isə 216 097 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 496 001 yoluxma və 51 608 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.