Gündəm / Hadisə

Fazil Mustafa eks deputat Elxan Süleymanovun qeyri qanuni zəbt etdiyi torpaqların boşaldılmasında rayon rəhbərini günahlandırır(Foto-fakt)


https://musavat.com/news/icra-bascisi-millet-vekiline-qarsi-analoqsuz-skandal_724816.html 
Bu gün yenə Milli Məclisin deputatı Fazil Mustafa Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəni tənqiq edərək, müdafiə etdiyi keçmiş deputat Elxan Süleymanovun qeyri-qanuni zəbt etdiyi ərazi barədə geniş müsahibə verib. Deputat eks deputatın qohumu olan sahibkar xanım Xəlilova Məhluqə Rəhman qızının adına olan Göyçay çayının mühafizə zolağında zəbt etdiyi 5 ha ərazini rayon rəhbərinin tapşırığı ilə ağır texnika vasitəsi ilə söküldüyünü qeyd edir. Biz tərəfsiz, qərəzsiz, vicdanlı mövqe tutaraq,  dəqiq və yerində jurnalist araşdırması apararaq bir daha foto şəkilləri Sizə hörmətli deputat Fazil Mustafaya təqdim edirik. Fotolara qeyri şərhsiz bağmağı təklif edirik. Yəqin ki bu fotolar mantaj olmamasını öz gözlərinizlə görmək istərdiniz. Fotolar Göyçay çayı üzərində olan körpü uçmadan əvvəl, çayın hövzəsinin, körpünün tikintisindən sonra, qeyri-qanuni zəbt ərazisinin söküntüsü zamanı çəkilib. 






Qeyd edık ki, foto və vidiolar redaksiyamıza Göyçay rayon icra hakimiyyəti tərəfindən verilib.

Bu fotolarda aydın görsədilir ki, eks deputat Elxan Süleymanovun vilaları, bağ, bağçaları harda yerləşir. Sizi Göyçay şəhərinə ərazini şəxsən özünüz görməyə dəvət edirik. Müdafiəçi olan deputat ərazidə yaşayan 50 ev, 300 dən çox sakinin şikayətini dinləyərək, evlərinin qarşısında, yaşayış evləri ilə çayın arasında boş sahədə zəbt olunan torpaq sahəsini görməyə, Göyçay şəhərinin baş planında çay kənarında salınacaq parkın lahiyəsi ilə tanış olsun. Mətbuat barədə isə yeganə rayon rəhbəri olaraq başçılıq etdiyi rayonda ilk dəfə olaraq mətbuat üçün "Açıq qapı", rayon sakinləri üçün dəfələrlə "Açıq mikrafon", siyasi partiya rəhbərləri ilə görüşlər eləcədə oların rəhbərliyi ilə rayon ərazisində "İctimai nəzarət"komisiyası fəaliyyət görsədir, gün aşırı səyyar görüşlər, vətəndaşların hər gün qəbulu keçirilib. Bu gün mühafizəsiz, sağ, sol məmursuz şəhərdə rahat gəzir. Rayonda son 4 ildə yeni uşaq bağçaları, təhsil ocaqları, iaşə obyekləri, park, xiyabanlar, yaşayış binaları və s. tikilib. Gənclər, ağsaqqallar, Qarabağ qaziləri, şəhid, kimsəsiz, tənha, aztəminatlı ailələrə qayğı, diqqət göstərir. Regionda Göyçay rayonu günü-gündən lider rayona çevrilir. Sizin 13 cü Nar festifalında mətbuat nümayəndələrinə verdiyiniz müsahibə məhz Göyçay rayonunun abadlaşaraq, inkişaf etməsi xatirimizdədir. Sizə 9 noyabr 2019 cu il Göyçay rayonunda bu gün haqqında tənqidi fikir söylədiyiniz Bayraq muzeyinin açlışında dediyiniz sözlər bu gün əks mütanasiblik təşkil edir. Milli Məclisinin VI çağırış, 6 saylı Culfa-Babək seçki dairəsindən seçilən deputat olaraq  Sizi ərazinizdə baş verən hadisələr barədə seçicilərinin müdafiəsinə cağırırıq. 

Biz isə öz növbəmizdə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.