Gündəm / Cəmiyyət / Dünya

ÜST dünyada koronavirusa yoluxma hallarının REKORD artımını qeydə alıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 292 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 31-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 292 527 nəfər yeni koronavirusa yoluxub, 6 812 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 106 007, ölənlərin isə 668 910 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 152 173 yoluxma və 351 121 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 333 300, ölənlərin sayı isə 212 520 nəfərə çatıb.
Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 009 963 yoluxma və 44 031 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.