Gündəm / Mədəniyyət

UNESCO-nun İcra Şurasının 209-cu sessiyası keçirilir

Parisdə UNESCO-nun İcra Şurasının 209-cu sessiyası onlayn formatda keçirilir.

Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcrid olma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.

Sessiyada A. Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.

Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəalliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.

Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası iyunun 9-dək davam edəcək.